|
Kamçatkanın şərq sahillərinin yaxınlığında zəlzələ olub

Kamçatkanın şərq sahilləri yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, yeraltı təkanlar Sakit Okeanın akvatoriyasında qeydə alınıb.

Zəlzələnin episentri Ust-Kamçatsk qəsəbəsindən 102 kilometr şərqdə, 58,1 kilometr dərinlikdə yerləşib.

 

Məlumata əsasən, Kamçatka diyarının yaşayış məntəqələrində zəlzələ hiss olunmayıb.