|
Yanacaqdoldurma məntəqəsində partlayış olub

Livanın şimalında Bahaun kəndində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində ən azı 12 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Livan telekanalı "LBC" bildirib.

Məlumata əsasən, yaralanlardan 10-u təcili yardım maşınları ilə yerli xəstəxanalara çatdırılıb.

 

Bildirilir ki, onların həyatı təhlükəsi yoxdur. Livan ordusu və təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət edir.