|
Samir Nuriyev: Bu günə qədər 42 şəhərin Baş Planı yenilənib

Respublikada 2005-ci ildən bu günə qədər 42 şəhərin Baş Planı yenilənib.

Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.

Komitə sədri bunun Azərbaycan hökumətinin hazırladığı tədbirlər planına əsasən yeniləndiyini bildirib.

S.Nuriyev əlavə edib ki, 42 şəhərin 7-nin Baş Planı artıq təsdiqlənib. Növbəti 2 ildə daha 9 şəhərin Baş Planının hazırlanmasına başlanılacaq.