Müğənni-aktyor Özcan Dənizin 15 ay evli qaldığı həyat yoldaşı Feyza Aktan boşandıqdan sonra medianın diqqət mərkəzində olub.
Axşam.az-ın məlumatına görə, Aktanın ayrıldıqdan sonra ilk işi sosial şəbəkədə soyadını dəyişmək olub.
Feyza məhkəmə bitən kimi İnstaqramda yazdığı "Həyat dostum. Aşiq olduğum adam. Sən mənim və oğlumuzun başına gələn ən gözəl şeysən... Yerim hər zaman başının üstü oldu. Nə şanslıyam ki, eşqi səninlə daddım. Nə yaxşı bizimsən" mesajını silib.
Soyadını və yazdığı sözləri silsə də, Feyza Aktan Dənizi izləmədən çıxarmayıb və fotolarını silməyib.

