|
UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Bakı Bəyannaməsi qəbul olunub

UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası bu gün öz işini davam etdirir.

Trend-in məlumatına görə, sessiyada bu gün Bakı Bəyannaməsi qəbul edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Bakı bəyannaməsi dünyada mədəni irsin qorunmasına xidmət edir və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır.

Qeyd edək ki, 43-cü sessiyada xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.