Turinin "Yuventus" klubu "Roma"nın müdafiəçisi Luka Pelleqrinini transfer edib.
"Report" xəbər verir ki, bu barədə komadanın rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Futbolçu iyunun 30-da komandanın düşərgəsinə gələrək müqavilə imzalanmamışdan əvvəl tibbi müayinədən keçib.
Daha əvvəl "Roma"nın turinli yarımmüdafiəçi Leonardo Spinazola qarşılığında "Yuventus"a Pelleqrinini yollayacağı və əlavə olaraq 10 milyon avro ödəyəcəyi məlumat verilmişdi.
