|
Tacikistanda 5,2 bal gücündə zəlzələ olub

Tacikistan ərazisində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Düşənbədən 256 kilometr şərqdə, ocağı isə 47 kilometr dərinlikdə yerləşib.

 

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.