Ezhel olaraq tanınan repçi Sercan İpekçioğlu narkotik maddə istifadəçisi olduğuna görə həbs edilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanında narkotik maddə aşkarlanan reper ittihamları qəbul etməyib.
"Tez-tez xarici ölkələr gedirəm. Avropadakı studiyalarda narkotik istifadə edənlər çox olur. Ola bilsin ki, mən də məruz qalmışam. Heç vaxt narkotik istifadə etməmişəm" deyə, o bildirib.
Reper məhkəmədə gəlirini da açıqlayıb. Onun aylıq 100 min lirə qazandığı məlum olub.
Ezhelin cəzası 5 il müddətinə təxirə salınıb.
