|
Putin G20 zirvə toplantısı çərçivəsində Ərdoğanla söhbət edib

Rusiya Prezidenti Vladimir Putin G20 zirvə toplantısı çərçivəsində türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğan ilə söhbət edib.

Trend-in məlumatına görə, qısa söhbətdə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Ölkə başçılarının ikitərəfli görüşü iyunun 30-da nəzərdə tutulur.