|
Turistlər üçün Avropanın ən ucuz şəhərləri

Litvanın paytaxtı Vilnüs şəhəri turistlərdən üçün Avropanın ən ucuz şəhəri elan edilib.

 

Oxu.Az xəbər verir ki, bu haqda məlumat Post Office Britaniya poçt xidmətinin saytında yerləşdirilib.

 

Şirkətin apardığı araşdırmalar nəticəsində məlum olub ki, Vilnüsdə istirahət günlərini orta hesabla 100 avroya keçirmək olar. İkinci yerdə 119,77 avro ilə Budapeşt, üçüncü yerdə isə 120,39 avro ilə Riqa şəhəri qərarlaşıb. Reytinq tərtib olunarkən, müəlliflər iki gecə üçulduzlu oteldə gecələmək, hava limanında gediş-gəliş xərcləri, çaxır ilə şam yeməyi, ekskursiyalar və şəhər nəqliyyatında xərclrəri nəzərə alıblar. Stokholm Avropanın ən bahalı şəhəri seçilib. Səyahətçilərin istirahət günlərini İsveç paytaxtında keçirmələri üçün onlara orta hesabla 310 avro tələb olunur.

 

Avropa şəhərlərində istirahətin tam reytinqi belədir:

 

1.Vilnüs, Litva - 100,04 avro

2.Budapeşt, Macarıstan - 119,77 avro

3.Riqa, Latviya - 120,39 avro

4.Tallinn, Estoniya - 131,28 avro

5.Afina, Yunanıstan - 131,35 avro

6.Dubrovnik, Xorvatiya - 139,83 avro

7.Praqa, Çexiya - 141,24 avro

8.Lissabon, Portuqaliya - 141,24 avro

9.Krakov, Polşa - 144,96 avro

10.Strasburq, Fransa - 169,60 avro 11.