|
Heydər Əliyev prospektinin bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Paytaxtın Heydər Əliyev prospektinin orta yol mərkəz istiqamətində təmir işləri ilə əlaqədar zolaqda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bu səbəbdən qeyd edilən istiqamətdə sıxlıq müşahidə olunur.