|
Tovuzda və Qəbələdə biçilməmiş taxıl sahəsi yanıb

Tovuzda və Qəbələdə yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Tovuz rayonun Qovlar şəhərində 4 ha biçilməmiş taxıl sahəsi yanıb.

Əkin sahələrinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qəbələdə Tüntül kəndində 3 ha biçilməmiş taxıl sahəsi yanıb.

 

Yaxınlıqdakı əkin sahələri və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.