|
Yunanıstanda avtomobil velosipedçilərin üstünə sürüb: ölənlər var

Yunanistanın şimalındakı Kozani şəhərinin yaxınlığında avtomobil altı velosipedçidən ibarət qrupun üstünə sürüb.

Trend-in məlumatına görə, hadisə Ptolemaida-Ardassa avtomobil yolunda baş verib.

Məlumata əsasən, iki velosipedçi həlak olub, dördü ağır yaralanıb.

 

Onlar xəstəxanaya yerləşdirilib.