|
Tokioda enmə zamanı hərbi helikopter qəzaya uğrayıb

Yaponiyada hərbi helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, Yaponiya Quru Qüvvələrinin "UH-1" çoxməqsədli helikopteri Tokio preferkturasının qərbində yerləşən Taçikava hərbi aerodromuna enərkən qəzaya uğrayıb.

Məlumata əsasən, göyərtədə olan iki nəfərin heç biri xəsarət almayıb

 

Enmə zamanı yerə çırpılan helikopterin quyruq hissəsi qopub.