|
Türkiyənin müdafiə naziri ilə NATO-nun baş katibi arasında telefon danışığı olub

Türkiyə müdafiə naziri Hulusi Akar və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi tərəfindən bildirilib.

Söhbət zamanı tərəflər Əfqanıstan və digər regional təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Həmin məsələlər iyunun 26-da Brüsseldə ikitərəfli görüş zamanı ətraflı müzakirə olunacaq.