|
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadıb

Avropa İttifaqının zirvə toplantısında Rusiyaya qarşı iqtisadi sanksiyaların altı aya qədər uzadılması üçün siyasi bir qərar verilib.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının nümayəndəsi bildirib.

Qeyd edək ki, indiki sanksiyaların müddəti iyulun 31-də bitir.

 

Sanksiyalar maliyyə, enerji və müdafiə sahələri, eləcə də ikili təyinatlı malları əhatə edir.