|
QDİƏT Parlament Məclisinin Baş Assambleyasına sədrlik Bolqarıstana keçdi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasına sədrlik Azərbaycandan Bolqarıstana keçib.

Trend-in məlumatına görə, bu barədə qərar Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında verilib.

Qeyd edək ki, sədrlik 6 ay müddətinə Bolqarıstana keçib.

Təşkilat 4 iyun 1992-ci ildə təsis edilib.