|
Qazaxıstanda An-2 təyyarəsi düşüb

Qazaxıstanda təyyarə qəzası baş verib.

Trend-in məlumatına görə, insident Qazaxıstanın Akmol vilayətində qeydə alınıb.

Məlumata görə, An-2 təyyarəsinin düşməsi nəticəsində pilot həlak olub.

 

Daha 2 ekipaj üzvünün yaralandığı bildirlir. Yaralılar Daxili İşlər Nazirliyinin xəstəxanasına çatdırılıb.