|
Vanuatu sahillərində 5,8 bal gücündə zəlzələ olub

Vanuatu sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sola şəhərindən 199 kilometr şimal-qərbdə, ocağı isə 20,9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.