|
İspaniyada Suriyadakı terrorçuları maliyyələşdirən qruplaşma zərərsizləşdirilib

İspaniyada Suriya terrorçularının maliyyələşdirməsində və pul yığılmasında şübhəli bilinən on nəfər saxlanılıb.

Trend-in məlumatına görə, əməliyyat Madriddə, Valensiyada və Toledoda həyata keçirilib.

Həmin əməliyyatda hüquq-mühafizə orqanlarının 350 əməkdaşı iştirak edib, həmçinin Avropol qoşulub.

 

10 nəfər saxlanılan şəxslərdən başqa daha 12 nəfər şübhəli bilinir.