|
Qazaxda 25 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Qazax rayonunda 25 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Türxan Eldarovu yolu qarşı tərəfə keçmək istəyərkn avtomobil vurub və gənc aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.