Çin alimləri xərçəng hüceyrələrini məhv edib normal hüceyrələrə toxunmayan virusu aşkar edib testdən keçirdiklərini bildirir.
ANS PRESS-in məlumatına görə, M1 adı ilə tanınan virus ölkənin cənubundakı Haynan vilayətində mövcud olan ağcaqanaddan alınıb.
Virusun qara ciyər, dalaq, yoğun və düz bağırsaqda xərçəng hüceyrələrinin böyüməsinin qarşısını aldığı bildirilir. Hələlik virus yalnız siçanlar üzərində təcrübədən keçirlib.
Çinin dövlətə məxsus radiosunun verdiyi məlumata görə, alimlər virusu gələn həftə artıq meymunlar üzərində təcrübədən keçirməyə hazırlaşır.
Virusu aşkar edən Sun Yat-Sen universitetinin alimlərindən ibarət qrupa tədqiqatçı alim yan Quanmey başçılıq edib.
O, müxbirlərlə tədqiqatçarın xərçəng xəstəliyinin müalicəsində böyük dönüş yaradacağına inandığını deyib və alimlərdən ibarət qrupun kliniki testləri üç il ərzində başlaya biləcəyini əlavə edib.
