|
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayır

Bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti öz işinə başlayır. Trend-in məlumatına görə, zirvə toplantısı 2 gün davam edəcək.

Sammitin gündəliyinə ŞƏT bankının yaradılması, müasir təhlükə və çağırışlara qarşı birgə fəaliyyət planlarının müzakirə edilməsi kimi məsələlər daxildir.

Zirvə toplantısına 11 dövlət başçısı qatılacaq. Daha 4 dövlət başçısı isə müşahidəçi qismində iştirak edəcək.