|
Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə növbəti danışıqlar gələn həftə baş tutacaq

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə növbəti danışıqlar gələn həftə baş tutacaq.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.

Diplomat qeyd edib ki, Rusiya-Azərbaycan sərhədinin delimitasiyası artıq tamamlanıb, demarkasiya prosesi isə qarşılıqlı anlaşmada davam etdirilir: "Bu, ölkələri ayırmaq yox, birləşdirmək məsələsidir".

Qeyd edək ki, bundan əvvəlki görüş yazda keçirilib.