Şair Xəyal Rza və bəstəkar Nailə Mirməmmədli növbəti möhtəşəm layihəyə imza atıblar.
Beləki, sözləri Xəyal Rzaya, musiqisi Nailə Mirməmmədliyə məxsus olan ”Unutmayacam” adlı mahnı, gənc müğənni Ülvi Qılınc tərəfindən ifa edilib.
Cia.az-ın məlumatına görə, Ülvi Qılınc dinləyicilər tərəfindən çox bəyənilən “Unutmayacam” adlı bu mahnıya yaxın günlərdə klip çəkdirəcək.
Bir neçə gündür səsləndirilən mahnı, televizya proqramları və radiolarda da tez-tez səslənirilməkdədir.
X.Rza və N.Mirməmmədli bundan əvvəl isə “Nə demişəm” adlı uğurlu layihəyə imza atıblar. Mahnı türk sənət musiqisinin məşhur ifaçısı Mehmet Özkayanın ifasında səslənidirlib. "Nə demişəm"adlı bu mahnı həm Azərbaycan da, həm də Türkiyədə sevilərək dinlənilir.
Cia.az
