|
Külək qaldırıcı kranı binanın üstünə aşırdı - 1 ölü, 6 yaralı

ABŞ-ın Texas ştatında tikinti sahəsində bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, qaldırıcı kranın yaxınlıqdakı yaşayış binasının üstünə düşməsi nəticəsində 1 nəfər ölüb. Daha 6 nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, qaldırıcı kran küləyin təsirindən aşıb.

 

Qeyd edək ki, ötən gün ştatda əsən güclü külək nəticəsində elektik verilişində də problemlər yaranıb.