|
İcra başçısına aksiya töhməti

Kürdəmirin icra başçısı aksiyaya görə təlaşlanıb. Ceyhun Səfərov ölkədə sosial gərginlik və bahalaşma ərəfəsində xalq etirazları ilə qarşılaşıb.

Mərkəzdən baş verən hadisələrə görə, icra başçısı töhmət alıb. Ona əmr olunub ki, tezliklə sabitliyi bərpa etsin və tələblər yerinə yetirilsin. Tia.az-ın rayondakı qaynaqdan əldə etdiyi xəbərə görə, mərkəzdən icra başçısına xəbərdarlıq olunub.
Təxminən 60-70 nəfərlik bir narazı qrup aksiya keçirib. Onlar Ceyhun Cəfərovdan narazılıq ediblər. İcra hakimiyyəti qarşısında etiraz edən nümayişçilər rayondakı vəziyyətdən şikayətlənib. Dövlət başçısına və ölkənin birinci xanımına göndərilən məktublarda icra başçısından narazılıq ifadə olunub.
Sakinlər arasından daha çox narazı salınana sahibkarlardı. Onlara başçı işləməyə imkan vermir. Sahibkarlar iddia edirlər ki, icra başçısı Ceyhun Cəfərov və Kürdəmir rayon polis rəisi Oqtay Məmmədov onlara mane olur.