|
Hacıqabulda "KamAZ" yanıb

Hacıqabulda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonunun Rəncbər kəndində “KamAZ” markalı yük avtomobilinin banı və banına yığılan 1 ton ot bağlaması yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.