|
"Ali ilə məni ayırmaq istəyirdilər"

Fevralda 5 illik sevgilisi Ali Atay ilə nikah masasına oturan aktrisa Hazal Kaya şəxsi həyatı ilə bağlı etiraflar edib.

 

Axşam.az xəbər verir ki, aktrisa sevgili olduqları dönəmdə pərəstişkarlarının onu Ataydan ayırmağa çalışdığını deyib.

Hazırda 3 aylıq hamilə olan Hazal heç bir şayiəyə inanmadığını bildirib:

"Hətta anamın e-mail ünvanını tapıb nələr yazırdılar. Çünki çəkildiyim serialdakı tərəf müqabillərimlə sevgili olmağımı istəyirdilər. "Ali fikirləşdiyiniz kimi deyil, sübutlarımız var, ayrılsınlar" kimi mesajlar yazırdılar".