|
Kərkükdə 6 partlayış baş varib, ölənlər var yaralananlar var

İraqın Kərkük şəhərində ardıcıl 6 partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 6 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Bildirilir ki, partlayıcı qurğular şəhərin müxtəlif küçələrində işə salınıb.

İraq Silahlı Qüvvələrinin mətbuat xidmətindən qeyd ediblər ki, ümumilikdə 8 partlayıcı qurğu olub, onlardan 2-si zərərsizləşdirilib.

 

Hadisə yerlərində təcili yardım briqadaları və xilasedicilər işləyir.