|
Hacıqabul sakinini avtomobil vuraraq öldürüb

Mayın 26-da saat 23 radələrində Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, kənd sakini Zahid Nəzərovu müəyyən edilməmiş avtomobil vurub.

Nəticədə piyada aldığı xəasarətlərdən hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən istintaq-əməliyyat tədbirləri aparılır.