|
Məşhur müğənni boşanması haqda danışdı

Türkiyəli müğənni Sinal Akçilin həyat yoldaşı Burcu Kıratlıdan boşanması xəbərləri gündəmdən düşmür.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı mövzu ilə bağlı danışmaq istəmədiyini bildirib:

"Şəxsi həyatımla gündəmdə olmağı sevmirəm. Məsələni öz aramızda həll etməyə çalışırıq. Bir müddət ayrı evlərdə qalsaq da, indi birlikdəyik. Artıq nə onun, nə də mənim üzülməyimi istəmirəm".