|
Kamçatkada 4,9 bal gücündə zəlzələ olub

Kamçatka sahillərində 4,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı bildirib.

Qeyd olunur ki, zəlzələ ocağının dərinliyi 439,4 kilometr olub.

 

Sunaminin baş verməsi ehtimalı barədə məlumat verilməyib.