|
Türkiyədə yol qəzası baş verib: yeddi nəfər yaralanıb

Türkiyənin İzmir vilayətində iki minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 7 nəfər yaralanıb.

Qəza İzmirin Berqama rayonunda yerli vaxtla saat 22:30-da baş verib.

 

Xəsarət alanlar Bergama rayonundakı dövlət xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.