|
Meksika ştatlarında atışmalar: 10 nəfər ölüb

Meksikanın Oahaka və Tamaulipas ştatlarında atışma nəticəsində 10 nəfər ölüb.

Trend-in məlumatına görə, Oahakada naməlum şəxslər yolun kənarında görüşmək üçün toplaşan bir qrup şəxsə atəş açıb. Atəş nəticəsində 4 qadın və 2 kişi öldürülüb. Hücumun səbəbi məlum deyil, cinayətkarlar azadlıqdadır.

Eyni zamanda Tamaulipas ştatında hərbçilər silahlıları avtomobildə izləyərkən onlarla nəticədə qarşıdurmaya giriblər. Hərbçilərdən biri yaralansa da, cinayətkar qruplaşmanın 4 üzvü məhv edilib