|
Kaliforniyada "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatında Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında "F16" qırıcı təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, təyyarə binaya çırpılıb: "Pilot katapult edib, onu xəstəxanaya yerləşdiriblər".

Pilotun vəziyyəti və qəzanın səbəbi barədə məlumat verilmir.