|
Papua - Yeni Qvineya sahillərində 5,7 bal gücündə zəlzələ olub

Papua - Yeni Qvineya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 01:23-də qeydə alınan yeraltı təkanların episentri Kokopo şəhərindən şimal-qərbdə, ocağı isə 25,3 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.