|
Şəkiyə düşən güclü dolu kənd təsərrüfata ziyan vurub - İcra Hakimiyyətindən açıqlama

Şəki şəhərinə güclü dolu düşüb.

Bu barədə Trend-ə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov məlumat verib.

S.Yusifov bildirib ki, şəhər mərkəzində və ətraf kəndlərdə müşahidə olunan dolu 5-10 dəqiqə davam edib:

"RİH nümayəndələri iş başındadırlar, dolunun daha çox hansı ərazilərə düşdüyü və dəymiş ziyanın həcmi araşdırılır. İlkin ehtimallara görə, əsas ziyan kənd təsərrüfatına dəyib. Evlər, o cümlədən obyektlər də ziyan çəkib".