|
Bakıda minik avtomobili yanıb

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Sabunçu rayonu, Ramiz Qəmbərov küçəsi, 5 mərtəbəli yaşayış binasının qarşısında "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.