|
Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi avtomobil yollarında təhlükəsizlik sədlərinin təmirinə başlanıb

Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi avtomobil yollarında təhlükəsizlik sədlərinin təmirinə başlanıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır:

"Sürücülərdən göstərilən saatlarda sözügedən yollda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".