|
Uşaq incəsənət məktəbində Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd edilib

Mayın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli uşaq incəsənət məktəbində görkəmli Azərbaycan bəstəkarı, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var.

Məktəbin şagirdləri bəstəkarın əsərlərini məharətlə ifa ediblər