|
Sudanın paytaxtında atışma nəticəsində on nəfərdən çox yaralı var

Suriyanın "Xartum" meydanında son aylarda hökumət əleyhinə etiraz aksiyaları zamanı baş verən atışma nəticəsində 10 nəfərdən çox adam yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Sky News Arabia telekanalı xəbər verir.

Məlumata əsasən, bəzi yaralılar ağır vəziyyətdədirlər.

 

Qeyd edilir ki, hazırda meydanda intensiv atışma gedir və partlayışlar eşidilir.