|
Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar
Silahlılar ötən sutka ərzində Suriyanın Latakiya əyalətinin yaşayış məntəqələrini atəşə tutublar. Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib. V.Kupçişin deyib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Safsafa (3 dəfə), Cubb-əz-Zarur, Dərh-Əbu-Əsəd və Nahşebba yaşayış məntəqələrini atəşə tutublar".