|
Avrokubok tarixində ilk - Bir ölkədən 4 komanda iki çempionluq üçün yarışacaq

Avrokubok tarixində bir ilk yaşanıb.

Qol.az-ın məlumatına görə, ilk dəfə olaraq Çempionlar Liqası və Avropa Liqası finallarında eyni ölkənin təmsilçiləri iştirak edəcək.

 

İngiltərənin "Tottenhem" və "Liverpul" klubları ÇL-də, "Arsenal" və "Çelsi" isə Avroliqanın həlledici matçında üz-üzə gələcək.

Qeyd edək ki, Avroliqanın finalı mayın 29-u Bakı Olimpiya stadionunda, Çempionlar Liqasının finalı isə iyunun 1-i "Vanda Metropolitano"da keçiriləcək.