|
Mexikoda 2020-ci ildən plastik paketlərin istifadəsi qadağan edilib

Mexiko şəhər konqresi 2020-ci ilin dekabr ayından etibarən plastik paketlərdən istifadəni qadağan edib.

Trend-in məlumatına görə, bununla bağlı şəhərin bərk tullantıları haqqında qanuna müvafiq dəyişiklər edilib.

Yeniliklərə görə, plastik paketlərin satışı, paylanması və istifadəsi həmin tarixdən tamamilə qadağan olunacaq.

 

Bundan əlavə, yanvar ayın 20-dən etibarən şəhərdə həmçinin birdəfəlik plastik çəngəllər, qaşıqlar və boşqabların istifadəsi qadağan ediləcək.