|
Əfqanıstanda fişəng partladı - Ölən və yaralanan uşaqlar var

Əfqanıstanın şimal-qərbində ölümlə nəticələnən partlayış baş verib.

Trend-in məlumatına görə, Fəryab vilayətində hərbi fişəngin partlaması nəticəsində 4 uşaq ölüb, daha 5 nəfər ağır yaralanıb.

Polis nümayəndəsinin sözlərində görə, fişəng yol kənarında terrorçular tərəfindən Əfqanıstan döyüşçülərinə hücum üçün nəzərdə tutularaq yerləşdirilbmiş.

 

Həlak olan uşaqların yaşı açıqlanmır.