"Ağır illər... Xoş xatirələr" filminin təqdimatı keçiriləcək.
3 aprel 2015-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Stüdyo-19" şirkətinin istehsal etdikləri "Ağır illər... Xoş xatirələr" sənədli filminin təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların burada bütün çətinliklərə tab gətirərək, qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirmələrindən bəhs edən filmin ssenari müəllifi və rejissoru xalq artisti Oktay Mir-Qasımdır.
