|
Rio de Janeyroda keçirilən əməliyyat zamanı polis səkkiz nəfəri oldürüb

Braziliyanın Rio de Janeyro şəhərinin şimalında keçirilən əməliyyat zamanı polis əməkdaşları səkkiz nəfəri öldürüb.

Trend-in məlumatına görə, bu barədə Fars Press agentliyi xəbər verir.

Qeyd edilir ki, Mare kompleksində keçirilən əməliyyat zamanı üç şübhəli bilinən şəxs öldürülüb.

 

Hadisə barədə əlavə məlumat verilmir.