|
Meksikada bələdiyyə başçısi öldürülüb

Meksikanın Çyapas ştatındakı Aldama bələdiyyəsinin başçısı İqnasio Perez Xiron naməlum cinayətkarların qurbanı olub.

Trend-in məlumatına görə, mayın 4-dən etibarən itkin düşmüş kimi sayilan siyasətçinin cəsədi mayın 6-sı tapılıb.

Yerli hakimiyyət bu məlumatı hələ də təsdiq etməyib.

 

Xironun oldürülməsinin mümkün səbəbləri barədə məlumat verilməyib.