|
Kənan və Beren aylar sonra ilk dəfə

Aktrisa Beren Saat və müğənni Kənan Doğulu cütlüyünün boşanacaqları iddiası aylardır gündəmdən düşmür. 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Berenin qayınanası Serpil Doğulu ilə marketdə dava etməsindən sonra cütlüyün boşanacağı tarix də açıqlanmışdı. 

Beren və Kənan ayrılıq xəbərindən sonra ilk dəfə görüntülənib. Onlar birlikdə Kənanın bacısı Canan Doğulunun ad günü partisinə qatılıblar.